Ordu.az “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Təchizat Proqramlar İdarəsi (DAPA) bildirib.
Məlumata görə, yerli firma olan “Hanwha Systems”dən olan komanda yeni sistemin hazırlanması istiqamətində işləri başa çatdırıb.
Cənubi Koreya bununla da dünyada bu növ müdafiə sistemi təkmilləşdirən altıncı ölkə olmağı bacardı. Bu sistemlər istiliyə meyilli raketlərə effektiv şəkildə mane olaraq, aviasiya vasitələrini mühafizə edə bilir.
Qeyd edək ki, istiliyə meyilli raketlər adətən aviasiya vasitələrinin mühərrikindən qaynaqlanan istiliyi aşkarlayaraq onu izləyə bilir. Yeni hazırlanan sistemin əsas özəlliyi, üzərinə quraşdırıldığı təyyarəyə qarşı bu tipli raket atılarsa dərhal avtomatik xəbərdarlıq edəcəyidir. Həmçinin o, yaxınlaşmaqda olan silahın radar sensorunu məhv edərək, onun izi itirməsini təmin edə biləcək.
DAPA və “Hanwha Systems”in məlumatına görə, sistemin bir neçə sınağı keçirilib və hər dəfəsində o, uğurlu olmağı bacarıb.
Ağalar Ağalarlı
Ordu.az