Çin və Tayland arasındakı hərbi əlaqələr genişləndirilir

2018/09/56c49f932e526556008b7b00-750-563_1535961665.jpg
Oxunub: 2354     16:01     03 Sentyabr 2018    
Çin və Tayland arasında 2014-cü ildən etibarən daha da yüksələn hərbi əməkdaşlığın daha da genişləndirilməsi planlaşdırılır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Tayland Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, tərəflər aralarındakı hərbi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı razılığın ifadə edildiyi hərbi memorandum imzalayıb.

Məlumata əsasən, sözügedən memorandum əsas etibarilə Taylandın Çindən yeni silahlar almaqda maraqlı olduğunu, həmçinin iki ölkənin orduları arasındakı hərbi təcrübə mübadiləsinin genişləndirilməsini ehtiva edir.

Qeyd edək ki, Çin və Taylanda arasındakı ilk geniş miqyaslı hərbi müqavilə 2014-cü imzalanmış və müqaviləyə əsasən, Banqkok rəhbərliyi 69,3 milyon dollar qarşılığında Pekindən 34 ədəd zirehli personal daşıyıcısının alışını təsdiqləmişdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Tayland  


Bizi "telegram"da izləyin