USS “Michael Mansoor” gəmisi modernizasiya edilib

2018/09/76576_1535961414.jpg
Oxunub: 3748     15:56     03 Sentyabr 2018    
ABŞ Donanmasının “Zumwalt” sinif esminesi yeni mühərrik sistemi ilə təchiz edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ donanmasının mətbuat xidməti yayıb.

Bildirilib ki, USS “Michael Mansoor” stels esminesi 15 ton həcmə sahib 2 ədəd yeni mühərrik sistemi ilə təchiz edilib.

Məlumata əsasən, inteqrasiya edilən yeni “Rollls-Royce” MT30 turbinləri və mühərrik sistemləri “Boeing 777” sərnişin təyyarəsində istifadə olunan turbin və mühərrik sistemləri ilə eyni keyfiyyətə sahibdir.

Qeyd edək ki, “Bath” şirkəti tərəfindən həyata keçirilən modernizasiya layihəsinin ümumi dəyəri 42 milyon dollar olub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Michael-Mansoor   Bath  


Bizi "telegram"da izləyin