Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu ilin yanvar ayının 27-də hərbi qulluqçu Ovsep Qriqoryanın xidmət yoldaşı Aşot Çaxlayan tərəfindən öldürülməsi faktının istintaqı zamanı gizlədilən daha bir ölüm hadisəsinin üstü açılıb.
Araşdırılmalar zamanı məlum olub ki, işğalçı orduda pulemyotçu vəzifəsində xidmət edən A.Çaxalyanın daha bir erməni əsgərinin öldürülməsində əli var.
Müstəntiqin hazırladığı məruzədə deyilir ki, A.Çaxalayan Narek adlı daha bir hərbi qulluqçunu da güllələyib. Ancaq sonradan bu faktı döyüş itkisi kimi qələmə verməyə cəhd göstəriblər.
Ölüm faktı ictimaiyyətdən gizlədilsə də, araşdırmalar davam edir.
Alpər Mövludoğlu
Ordu.az