Fransa XİN rəhbəri: “İdlib məsələsi üzrə Rusiya və Türkiyə ilə birlikdə çalışırıq”

2018/09/thumbs_b_c_d657a6ba17bd6d2903b2fcf195fb3612_1535959774.jpg
Oxunub: 2012     15:27     03 Sentyabr 2018    
“İdlib məsələsi üzrə Rusiya və Türkiyə ilə ortaq çıxış yolu tapmaq məqsədilə birlikdə çalışırıq”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Fransa Xarici İşlər naziri Yan İv Le Drian bəyan edib.

Fransa televiziyalarından birində proqrama qatılan Drian İdlibdə humanitar vəziyyətin çox pis və təhlükəsizlik baxımından “saatlı bomba” kimi olduğunu dilə gətirib.

“Əgər İdlib müharibəsi baş verərsə, burda yaşanacaq olanlar Hələbdəki əzab və qətliamlardan daha dəhşətli ola bilər. Buna görə də bu bombanın partlamaması üçün beynəlxalq toplumun və hərəkətə keçə biləcək hər kəsin müdaxilə etməsi lazımdır. Bunu Rusiya və Türkiyəyə də deyirik, çünki İdlib Türkiyə sərhədindədir”, - deyə nazir bildirib.

İdlib məsələsində təcili olaraq Astana qrupu zaminləri olan Rusiya, Türkiyə və İranın həll yolu tapmalarının vacibliyindən danışan Drian bu müharibə nəticəsində Türkiyəyə çox sayda qaçqının gələcəyini diqqətə çatdırıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Türkiyə   İdlib  


Bizi "telegram"da izləyin