Yaponiya Çini hərbi təhdidlər formalaşdırmaqda ittiham edir

2018/09/6456_1535958674.jpg
Oxunub: 3737     15:10     03 Sentyabr 2018    
Yaponiya Çinin regionda həyata keçirdiyi hərbi fəaliyyətləri bölgə üçün təhdid olaraq xarakterizə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi bəyanat Yaponiya Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən verilib.

Bildirilib ki, Çin son günlərdə Yaponiya və digər region ölkələrinin hava və dəniz sərhədlərinin təhlükəsizliyinə ciddi təhdid formalaşdırır.

“Çinin həyata keçirdiyi hərbi aktlar beynəlxalq hüquq normalarını pozaraq regional təhlükəsizliyə ciddi təhdidlər formalaşdırır. Yaponiya və digər ölkələrin sərhədlərinə qarşı edilən bu təhdidlər bölgədə narahatlıqlara səbəb olur. Tokio bu fəaliyyətə qarşı səssiz qalmayacaq”, - deyə verilən bəyanatda qeyd olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Çin  


Bizi "telegram"da izləyin