Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İran Müdafiə nazirinin Beynəlxalq Münasibətlər üzrə köməkçisi Məhəmməd Əhədi bildirib.
O qeyd edib ki, raket təchizatının genişləndirilməsi ilə bağlı yeni hərbi sənaye planı ötən gün qəbul edilib.
“Yeni plan müxtəlif növ ballistik və qanadlı raketlərin təkmilləşdirilməsini, istehsalının genişləndirilməsini, həmçinin gələcək nəsil döyüş təyyarələrinin və gəmilərin müxtəlif növ silahlarla təchizatını özündə ehtiva edir”, - deyə Əhədi bildirib.
Dəyanət Ağalarlı
Ordu.az