Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İsrail Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, təxminən 40 gəmi və qayıqdan ibarət geniş bir qrup blokadanı yarmaq məqsədilə İsrailin su sərhədlərini pozub.
Məlumata əsasən, etirazçılara edilən xəbərdarlıqlara məhəl qoyulmaması nəticəsində İsrail donanma qüvvələri gəmilərə atəş açıb.
Məlumata əsasən, hadisə nəticəsində heç bir ölüm və yaralanma halı qeydə alınmasa da, yüzlərlə təxribatçı saxlanılıb.
Dəyanət Ağalarlı
Ordu.az