Fransa XİN rəhbəri: “Əsəd müharibədə qalib gəlib”

2018/09/1197065_1535954985.jpg
Oxunub: 2758     14:08     03 Sentyabr 2018    
“Suriya prezidenti Bəşər Əsəd ölkədəki vətəndaş müharibəsində qalib gəldi, amma sülhü qazanmayacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Fransa Xarici İşlər naziri Yan İv Le Drian səsləndirib.

O bildirib ki, Əsədin qələbəsi artıq etiraf edilməlidir, lakin beynəlxalq vasitəçilərin kömək etdiyi siyasi həll yolu olmadan ölkədə sülhə nail olmaq mümkün olmayacaq.

Eyni zamanda İdlib hücumu barədə də danışan nazir mülki şəxslərə qarşı kimyəvi silahdan istifadə ediləcəyi təqdirdə Qərbin mütləq cavab verməli olduğunu da vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Əsəd   Fransa-XİN  


Bizi "telegram"da izləyin