Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd Məhcub bildirib.
O qeyd edib ki, xüsusilə “Reuters” agentliyinin yaydığı iddiaya görə, ölkəsi rəsmi şəkildə faktın ortaya qoyulmasını tələb edir.
“Bu iddianı təsdiqləyəcək heç bir fakt və ya hər hansısa nümunə mövcud deyil. Nə İraq hökuməti və İraq ordusu, nə də İranın dəstəklədiyi hər hansısa yarımhərbi qruplaşmalara Tehran tərəfindən ballistik raket dəstəyi göstərilməyib. Qarşı tərəfdən iddianı təsdiqləyəcək fakt ortaya qoymalarını tələb edirik”, - deyə bəyanatda bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az