Ordu.az “Haaretz”ə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İsrail Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, yeni proqrama əsasən, bir sıra qruplaşmalara qarşı mübarizə məqsədilə yeni modul tipli ballistik raketlərin istehsalı həyata keçiriləcək.
Belə ki, başda “Hizbullah” və HƏMAS olmaq üzrə bir sıra silahlı qrup və hərəkatlara qarşı ənənəvi və istehsalı yüksək maliyyə tələb edən raketlərin istifadəsi dayandırılacaq və əvəzində yeni tipli ballistik raketlər istifadəyə veriləcək.
Məlumata əsasən, Almaniya istehsalı V2 ballistik raketləri əsasında istehsal olunacaq yaxın mənzilli ballistik raketlər ordunun sahib olduğu digər ballistik raketlərə nisbətdə 4-5 dəfə daha az maliyyə tələb edəcək.
Dəyanət Ağalarlı
Ordu.az