"Danışıqlarda Dağlıq Qarabağ probleminə də toxunduq" - Putin

2018/09/1026843823_1535816400.jpg
Oxunub: 2294     22:39     01 Sentyabr 2018    
"Əldə edilən razılıqlar Rusiya-Azərbaycan dostluğunun daha da möhkəmləndirilməsi üçün çox vacibdir".

Ordu.az xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin səsləndirib.

O qeyd edib ki, İlham Əliyevlə görüşdə bir sıra məsələlər əhəmiyyətli mövzular müzakirə edilib.

"Əlbəttə ki, beynəlxalq və regional problemlərin həlli ilə bağlı fikir mübadiləsi apardıq. Xüsusən, təbii ki, Dağlıq Qarabağ probleminə də toxunduq. Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün köməyi göstərməkdə davam edəcək", - deyə Putin bildirib.

O həmçinin Azərbaycana da təşəkkürünü bildirərək ölkəmizin də məsələnin həllində göstərdiyi müsbət addımları qiymətləndirib: "Bizim bütün azərbaycanlı dostlarımlza, həmkarlarımıza məzmunlu və məhsuldar danışıqlara görə təşəkkür etmək istəyirən. Əminəm ki, əldə olunmuş razılaşmalar Rusiya-Azərbaycan dostluğunun daha da möhkəmləndirilməsinə xidmət edəcək. Ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına kömək göstərəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Azərbaycan   Dağlıq-Qarabağ  


Bizi "telegram"da izləyin