Ermənistandakı hərbi hissələrdə enerji təminatı dayandırılacaq

2018/09/herbi_hisse_ogurluq_1535784882.jpg
Oxunub: 3833     14:53     01 Sentyabr 2018    
İrəvanda və 7 vilayətdə, o cümlədən mobil əlaqə stansiyalarında, hərbi hissələrdə və banklarda enerji təminatı dayandırılacaq.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cari ilin 3 sentyabr tarixində planlı və yenidənqurma işləri çərçivəsində qəzalardan yayınmaq məqəsdilə göstərilən ünvanlarda enerji təminatı dayandırılacaq.

İrəvan şəhərinin bəzi küçələrindəki fərdi evlər, bunlar və qeyri yaşayış obyektləri;
Armavir vilayəti üzrə 9 kənd;
Ararat vilayəti üzrə 4 kənd;
Vayots Dzor vilayəti üzrə 2 kənd;
Kotayk vilayəti üzrə 2 kənd, “VİVASEL MTS” mobil opertorun stansiyası, 2 hərbi şəhərcik və Nevroloji mərkəz;
Qeğarkunik vilayəti üzrə Sevan şəhərinin bir hissəsi, təhlükəsizlik xidməti binası, 2 bank, Sevan televiziyası, 3 kənd, “VİVASEL MTS”, “YUKOM” və “ARMENTEL” mobil opertorların stansiyaları;
Şirak vilayəti üzrə Gümrü şəhərinin bəzi küçələri, sərgi salonu, İtaliya konsulluğu, radio şirkəti;
Sünik vilayəti üzrə Sisian, Gorus şəhərinin bəzi küçələri, 2 kəndin işıq təminatı saat 09:00-17:00 aralığında fasilələrlə dayandırılacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-hissə   Elektrik  


Bizi "telegram"da izləyin