Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə hospital rəisi polkovnik Daniel Mkrtçyan bildirib.
Onun sözlərinə görə, qəzaya düşən erməni hərbçilərindən birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə qənaətbəxşdir.
“Kəllə beyin travması alan İrəvan sakini 23 yaşlı Qarnik Mkrtçyanın vəziyyəti ağırdır. Hazırda beyin cərrahiyəsinə hazırlaşırıq. Onu səhərə yaxın İrəvana gətiriblər. Bundan əvvəl Spitak şəhər xəstəxanasında olub. Kotayk vilayət sakini 22 yaşlı Vağarşak Nazaryan isə üzünün yumşaq toxumalarının zədəsi və cırıq yarası xəsarətləri alıb, ümumi vəziyyəti qənaətbəxş qiymətləndirilib”, - deyə Mkrtçyan qeyd edib.
Xatırladaq ki, qəza bu gün saat 01:00 radələrində baş verib. Avtomobilin sürücüsü 22 yaşlı Davit Qalstyan hadisə yerində ölüb.
Alpər Mövludoğlu
Ordu.az