Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 3-dən başlayacaq “TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, sentyabrın 14-dək keçiriləcək müştərək təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd “MiQ-29” qırıcı və 3 ədəd “Su-25” hücum təyyarələri iştirak edəcək.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
TURAZ-Şahini-2018
Hərbi-Təlim
Azərbaycan-HHQ