XİN-dən erməni polis qüvvələrinin təmas xəttinə yerləşdirilməsinə MÜNASİBƏT

2018/08/18974125145848_1530709935_1530860176_1531483847_1532345404_1535705733_1535706290.jpg
Oxunub: 2026     15:51     31 Avqust 2018    
"Ermənistan polis qüvvələrinin, yaxud daxili qoşun qüvvələrinin Ermənstan-Azərbaycan sərhədi boyunca dislokasiya edilməsi açıq şəkildə Ermənistan silahlı qüvvələrində şəxsi heyətin komplektləşdirilməsi ilə əlaqədar ciddi problemlərin göstəricisidir və bu, bütövlükdə Ermənistandakı demoqrafik problemlərlə əlaqəli olan bir məsələdir".

Ordu.az xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Hacıyev qeyd edib ki, bundan öncə də Ermənistan KİV-lərində Ermənistan daxili qoşun birləşmələrinin Azərbaycanın işğal edilmiş bölgələrinə yerləşdirilməsi barədə məlumatlar verilib.

"Bildiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətini və texnikasını böyük bir həcmdə Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirib, əlavə qoşun birləşmələrinin də ora yerləşdirilməsi Ermənistanın işğalçı dövlət olduğunu bir daha təsbit edir və göstərir".

O bildirib ki, belə qanunsuz hərəkətlər heç bir halda Dağlıq Qarabağ münaqişəsinin həllinə xidmət edən amil deyil, əksinə, regionda gərginliyin daha da artmasına xidmət göstərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN   Ermənistan  


Bizi "telegram"da izləyin