Azərbaycan "Pinaka"larla bağlı yayılan məlumatları araşdırır

2018/08/Indian-Army9_1535214789_1535705923.jpg
Oxunub: 4131     16:57     31 Avqust 2018    
Azərbaycan Ermənistanın Hindistandan silah alması ilə bağlı erməni KİV-lərində yayılan məlumatları araşdırır.

Ordu.az xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın Hindistandakı səfirliyinə bu məlumatı araşdırmaq barədə tapşırıq verilib:

“Hindistandakı diplomatik nümayəndəliyimizə Ermənistan KİV-lərdə yer alan bu məlumatların nə dərəcə doğru olduğunu dəqiqləşdirmək və zərurət olarsa, bu məsələ ilə bağlı Hindistan tərəfi ilə görüşmək təlimatı vermişik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN   Pinaka   Ermənistan-Hindistan  


Bizi "telegram"da izləyin