Ermənistan ordusunun 1 hərbçisi ölüb, 2-si yaralanıb

2018/08/345345_1522061376_1523901819_1526882488_1527162624_1535702494.jpeg
Oxunub: 1964     15:56     31 Avqust 2018    
Ermənistanda baş verən qəza nəticəsində daha bir hərbi qulluqçu ölüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 01:00 radələrində Ermənistanın Loru vilayətinin Spitak-Vanadzor yolunda 22 yaşlı Davit Qalstyan idarə etdiyi VAZ-2106 markalı avtomobilin idarə etməsini itirərək bir neçə dövrə vurduqdan sonra sahəyə aşıb.

Məlumata görə, sürücü Qalstyan hadisə yerində ölüb. Onun sərnişinləri 23 yaşlı Qarnik Mkrtçyan və 22 yaşlı Vağarşak Nazaryan bədən xəsarətləri ilə Spitak şəhər xəstəxanasına təxliyyə ediliblər.

Bildirilir ki, ölən və yaralılar erməni ordusunun hərbi qulluqçularıdır.

Hadisənin araşdırılmasına Vanadzor şəhər hərbi polis şöbəsinin rəisi Hovhanisyanın rəhbərlik etdiyi əməliyyat qrupu və hərbi istintaq idarəsinin 7-ci qarnizon şöbəsi də cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm   Yaralı  


Bizi "telegram"da izləyin