Rus pilotlar İdlibə görə Ermənistanda təlim keçirlər

2018/08/92355_1535700725.jpg
Oxunub: 3492     15:31     31 Avqust 2018    
Ermənistanda dislokasiya olunan Rusiya Federasiyasının Erebunidəki hərbi bazasının hərbi aviasiya pilotları təlimlərə başlayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bölük taktiki təlimləri çərçivəsində Suriyadakı münaqişə də nəzərə alınmaqla, müasir silahlı münaqişələrin təcrübəsi əsasında şərti rəqibin hədəflərinin məhv edilməsi üçün kəşfiyyat zərbə konturları taktikası tətbiq edilib.

Helikopter heyətləri qrup şəklində olan hədəflərin kəşfiyyatını, yerüstü və hava hədəflərin aşkarlanması və tanınması, şərti rəqibin hədəflərinin nişan alınması və məhv edilməsi tapşırıqlarını icra edirlər.

Təlim zamanı pilotlar Mi-24P və Мi-8МТV helikopterlərinin silahlarından yararalanmaqla şərti rəqibin mövqelərini məhv edirlər.

Qeyd edək ki, Cənub Hərbi Dairəsinin hərbi bazasında bölüyün taktiki təlimi 20 avqust-15 sentyabr tarixləri arasında keçirilir. Hər gün təlimlərdə 500-dən artıq hərbi qulluqçu və 100-dək hərbi texnika cəlb edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İdlib  


Bizi "telegram"da izləyin