Ermənistanda daha bir hərbi qulluqçu ölüb

2018/08/c27a3be41895f9448aac137292bc80782345345_1520239559234234_1520600369_3042736486_1527830866_1532451316_1535646148.jpg
Oxunub: 2650     00:22     31 Avqust 2018    
Ermənistanda baş verən qəzada hərbi qulluqçu ölüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, avqustun 30-da saat 11:00 radələrində Ermənistanın Sünik vilayətinin Qafan-Kacaran yolunda 55 yaşlı Vardan Hakobyanın idarə etdiyi VAZ-2106 və 42 yaşlı Robert Stepanyanın idarə etdiyi FAW markalı yük avtomobili toqquşub.

Məlumata görə, VAZ-2106 markalı avtomobilin sürücüsü Vardan Hakobyan və onun sərnişini 36 yaşlı Martin Antonyan qəza nəticəsində hadisə yerində ölüblər.

Araşdırmalara görə, 36 yaşlı Martin Antonyan erməni ordusunun müqaviləli hərbi qulluqçusudur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Qəza  


Bizi "telegram"da izləyin