Hərbi hissələrdə çöl çıxışları keçirilir - FOTOLAR
Oxunub: 3184
21:42
30 Avqust 2018
2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzlərində hərbi hissələrin çöl çıxışları başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, məşqlərin keçirilməsində əsas məqsəd döyüş zamanı şəxsi heyətin praktiki vərdişlərinin artırılması, atəş vasitələri və döyüş texnikasından düzgün istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi və bölmələrin dəqiq və qətiyyətlə idarə olunması bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.