ABŞ səfirliyi Tramp-Paşinyan görüşü və "Kalaşnikov"un istehsalına toxunub

2018/08/AMN-despanatun_1535632264.jpg
Oxunub: 2733     20:28     30 Avqust 2018    
"Rusiyadan hərbi texniki vasitələr alınmasını qadağan etməklə, biz onu mənfi təsirli və qeyri-sabitlik yaradan beynəlxalq kampaniyasını davam etmək üçün istifadə edə biləcəyi satış gəlirlərindən mərhum etmək istəyirik".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu "Ermənistanda "Kalaşnikov" silahlarının yeni "АК-12" və "АК-15" nümunələrinin istehsalının əsasının qoyulması məqsədilə avqustun 21-də Moskvada "Royalsys Engineering ltd" şirkəti və "Kalaşnikov" konserni arasında imzalanan müqavilə və bu razılaşma Ermənistanın ABŞ-ın sanksiyaları siyahısına daxil edilməsinə səbəb ola bilərmi?" sualına cavab olaraq ABŞ-ın Ermənistandakı səfirliyindən bildiriblər.

ABŞ səfirliyindən, sanksiyalarla bağlı sualları ABŞ qanunvericiliyinə əsasən sanksiyaların icrasını təmin ABŞ Xəzinədarlığının sanksiyaların Xarici Mülkiyyətə Nəzarət ofisinə ünvanlanmasını məsləhət görüblər.

Səfirlikdən "Ermənistanda rus hərbi sənayesinin yaradılması məsələsi Nikol Paşinyanın ABŞ-a gözlənilən səfəri zamanı müzakirə ediləcəkmi?" sualına cavab olaraq bildiriblər ki, Paşinyanın qrafikinə dair işlər hələ davam edir. Buna görə də səfər zamanı hansı məsələlərin müzakirə ediləcəyini hələ ki, dəqiq demək mümkün deyil.

"Lakin, hər hansı bir ABŞ rəsmiləri ilə görüşdə diqqət mərkəzində xüsusilə ticarət və investisiya, demokratiya və qanunun aliliyi, hər iki ölkənin regional və qlobal təhlükəsizlik sektorunda dərin və geniş əlaqələri müzakirə mövzusu olacaq", - deyə səfirlikdən bildirib.

ABŞ səfirliyindən Tramp-Paşinyan görüşünün baş tutub-tutmayacağı ilə bağlı dəqiq məlumat verilməyib: "Biz görüşlərlə bağlı heç bir yeni məlumata malik deyilik, lakin bir daha ABŞ və Ermənistanın güclü və davamlı tərəfdaşlığını vurğulayırıq".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Kalaşnikov  


Bizi "telegram"da izləyin