Məlumata görə, hər iki laboratoriyanın alimləri hərbi robotların yıxıldıqdan sonra öz ayaqları üzərinə qalma imkanları üzərində araşdırma aparıblar.
Tədqiqata amerikalı bir əsgərlə danışığından sonra başlayıblar. Belə ki, əsgər robotunu çox sevdiyini və bir dəfə yıxılan robotu xilas etmək üçün öz idarə etdiyi vasitədən çıxmalı olduğunu bildirib.
Məhz bundan sonra bir daha belə təhlükəli tədbirlərə məcbur qalmamaq üçün robotlara öz balanslarını qorumaq və yıxıldıqdan sonra ayağa qalxma imkanı təmin etmə istiqamətində çalışmalara başlayıblar.
Nəticədə alimlər AEODRS sistemi təkmilləşdiriblər. Bu sistemin bir növ robotlar üçün ling rolunu oynadığı və onlara özlərinin şaquli formasını bərpa etməyə imkan yaradacağı bildirilir.
Sevinc Əliyeva
Ordu.az