Ermənistanın 5-ci ordu korpusunda qərargah məşqləri keçirilib

2018/08/34534_1535543609.jpg
Oxunub: 2702     19:52     29 Avqust 2018    
Ermənistanın 5-ci ordu korpusunun komandiri polkovnik A.Piloyanın rəhbərliyi ilə korpusun idarə heyəti də cəlb olunmaqla qərargah məşqləri keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə məlumat Ermənistan müdafiə nazirliyi tərəfindən yayılıb.

Məşqlər zamanı zabitlərin əməliyyatlara dair təsəvvürləri, idarəetmə orqanlarının praktiki bacarıqları, həmçinin hesablamalar apararkən və müdafiə əməliyyatına dair tapşırıqlar yerinə yetirərkən peşə hazırlığı yoxlanılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Təlim  


Bizi "telegram"da izləyin