Gürcüstanda beynəlxalq hərbi təlimlərin başlama vaxtı müəyyənləşib

2018/08/agile2017_1535539161.jpg
Oxunub: 1526     18:35     29 Avqust 2018    
Gürcüstanın qərbində ABŞ və Gürcüstanın rəhbərliyində həyata keçiriləcək beynəlxalq hərbi təlimlər sentyabrın 1-də başlayacaq.

Ordu.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, “Agile Spirit” adlı təlim “Senaki” hərbi bazasında təşkil olunacaq.

Təlimə Gürcüstan və ABŞ hərbçiləri ilə yanaşı, Bolqarıstan, Çexiya, Estoniya, Yunanıstan, Latviya, Rumıniya, Türkiyə və Ukrayna əsgərləri də qatılacaqlar.

“Agile Spirit” artıq 8-ci dəfə təşkil olunacaq. Bu çərçivədə real zaman və beynəlxalq mühitdə müdafiə, hücum əməliyyatları üzrə komandanlıq və personal təlimləri də keçiriləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Agile-Spirit  


Bizi "telegram"da izləyin