Ermənistan hərbi istintaq baş idarəsinin 9-cu qarnizon istintaq şöbəsi baş leytenant Karen Samvel Hovhannisyanın ölümü ilə bağlı araşdırma aparır.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 08:15 radələrində Ermənistan müdafiə nazirliyinin "N" saylı hərbi hissəsində hərbi hissə növbətçisi, baş leytenant Karen Samvel Hovhannisyan çənə və başının yuxarı nahiyəsindən odlu silah yarası ilə ölü vəziyyətdə tapılıb.
Hadisə ilə bağlı istintaq aparılır.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Ölüm
Zabit