Pentaqon: Əfqanıstan əməliyyatları azı 5 il davam edəcək

2018/08/456456_1535522677.jpg
Oxunub: 2786     14:03     29 Avqust 2018    
“ABŞ hərbi qüvvələrinin Əfqanıstanda daimi mövcudluğu müzakirə mövzusu deyil”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Pentaqon rəhbəri Ceyms Mettis bildirib.

O qeyd edib ki, 17 ildir davam edən əməliyyatların daha bir neçə il də davam etdiriləcəyi şübhəsizdir.

“Geridə qoyduğumuz 17 il ərzində bir sıra ciddi irəliləyişlər əldə etmişdik, lakin “Taliban”ın hazırkı vəziyyətinə, bu dövrə bir bütün olaraq baxdıqda əslində heç bir irəliləyişin əldə edilmədiyini göstərir. Ən ciddi problem əldə edilən üstünlüyün daha da möhkəmləndirilməsi əvəzinə ordunun oradan çıxarılması oldu. Ola bilsin ki, əməliyyatlar bundan sonra daha 5 il davam etdi, bəlkə də daha çox, lakin bu ABŞ-ın Əfqanıstanda daimi mövcudluğu anlamına gəlmir. İstənilən halda hazırkı vəziyyət bizə azı 5 ilin lazım olduğunu göstərir. Biz orada tam bir sistem və stabillik formalaşdıraraq ölkəni tərk edəcəyik”, - deyə Mettis əlavə edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Əfqanıstan  


Bizi "telegram"da izləyin