Hərbi mühəndislər şərti düşmənin minalarını məhv ediblər - FOTOLAR

2018/08/881d04d3cd5f44298a010c2ba6b9d2a7_4606387059.jpg
Oxunub: 3456     21:19     28 Avqust 2018    
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, mürəkkəb əməliyyat şəraitində keçirilən taktiki-xüsusi təlimdə mühəndis qoşunlarının mütəxəssisləri müasir avadanlıq və vasitələrdən istifadə etməklə ərazinin kəşfiyyatını aparıb, eləcə də qoşunların hərəkət yollarının hazırlanması üzrə tapşırıqları icra ediblər.

Bundan əlavə, şəxsi heyət şərti düşmən tərəfindən basdırılmış minaların aşkarlanması, onların xüsusi üsullarla məhv edilməsi, habelə təyin edilmiş sahəyə gəldikdən sonra ərazidə mühəndis-müşahidə postlarının yaradılması normativlərini də yerinə yetirib.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-Mühəndislər   Mina-Araşdırma  


Bizi "telegram"da izləyin