Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ordunun 380 üzvlük 209-cu Şahin hərbi korpusuna məxsus karvan Çörməç-Qeysər yolunda olarkən Çaharşənbə zonasında qiyamçıların pusqusuna düşüb.
Məlumata görə, pusquya düşən hərbçilərin yarıdımına Əfqanıstan və NATO-nun hava qüvvələri gəlib. Qiyamçılara havadan endirilən zərbələr nəticəsində 70-dən çox qiyamçı məhv edilib, 31-i isə yaralanıb.
Ağalar Ağalarlı
Ordu.az