24 avqust 2018-ci ildə Ermənistan müdafiə nazirliyinin "N" nömrəli hərbi hissənin müqaviləli hərbi qulluqçusu M.R və mülki sakin A.M hərbi hissədə işə düzəltməklə bağlı öz aralarında öncədən razılığa gələrək, vətəndaş N.A-dan pul almaq istəyərkən saxlanılaraq hərbi polis şöbəsinə aparılıb.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz "Facebook" səhifəsində yazıb.
Fakt üzrə qaldırılan cinayət işi çərçivəsində "N" nömrəli hərbi hissənin müqaviləli hərbi qulluqçusu M.R həbs edilib, mülki vətəndaş A.M isə imza qarşılığında azadlığa buraxılıb.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Rüşvət
Həbs