Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqonun mətbuat xidməti yayıb.
Bildirilib ki, ABŞ və Yaponiya hərbi əməkdaşlıq çərçivəsində hər iki ölkənin sahib olduğu bütün nəhəng döyüş gəmiləri “Aegis” yaxud CEC raketdən müdafiə sistemləri ilə təchiz ediləcək.
Məlumata əsasən, bundan əlavə Yaponiya donanması 2020-2021-ci illər ərzində daha 7-8 ədəd “Aegis” təchizatlı esmines əldə edəcək.
Qeyd edək ki, layihənin ABŞ üçün 12,4 milyard, Yaponiya üçün 7,7 milyard dollara başa gəlməsi gözlənilir.
Dəyanət Ağalarlı
Ordu.az