“Trampın sülh planlarında tələskənlik hiss edilmir” – Netanyahu

2018/08/40025448_522439741549675_2456277786399080448_n_1535195330.jpg
Oxunub: 1537     19:10     25 Avqust 2018    
İsrail Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampı İsrail-Fələstin probleminin həllində bir o qədər fəallıq göstərməməkdə ittiham edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Litvada rəsmi səfərdə olan Netanyahu bu fikirləri yerli jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

O qeyd edib ki, son zamanlar Qəzzada baş verən aktivliyin başlıca səbəbi ABŞ-ın olanlara qarşı səssiz qalmasıdır.

“Təl-Əviv və Vaşinqton arasında mövcud olan dərin hərbi və siyasi əməkdaşlıq heç kimə sirr deyil. Lakin son dövrlərdə biz ABŞ-ın HƏMAS-ın hücumlarına bir o qədər də aktual baxmadığını görürük. Nədənsə prezident Trampın sülh addımlarında bir o qədər də tələskənlik hiss edilmir. Sülh əldə edilmədiyi müddətcə biz ölkəmizi müdafiə etməyə davam edəcəyik. İsrail özünü tam olaraq müdafiə etmək gücünə qadirdir”, - deyə Netanyahu vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ   Fələstin  


Bizi "telegram"da izləyin