Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, forum ərzində “Burevestnik” “Sredne-Suzdal” və “Rosboronexport” şirkətləri xüsusilə fərqləniblər.
Belə ki, sözügedən şirkətlər pilotsuz piyada döyüş vasitələri, sualtı döyüş vasitələri, kəşfiyyat, nəzarət və axtarış sistemləri, robot gəmilər və s. satışı üzrə çox sayda müqavilələr imzalamağa nail olublar.
Məlumata əsasən, “Burevestnik” şirkətinin bağladığı müqavilələr arasında əsas önə çıxanları UGV, Uran-9, Vihr və T-72 tankları əsasında formalaşdırılan “Storm” piyada döyüş vasitələrinin satışı ilə bağlı olub.
Belə ki, şirkət 20-ə qədər müxtəlif müqavilə imzalamağa nail olub ki, bu müqavilələrdən də onun əldə edəcəyi ümumi gəlir yarım milyard dolları keçir.
“Sredne-Suzdal” gəmiqayırma korporasiyası isə “Nerpa” gəmisinin ISR sistemlərinin satışı ilə bağlı olan müqavilələrlə ön plana çıxıb. Məlumata əsasən, şirkət qarşıdakı 6 il ərzində mərhələli olaraq həyata keçiriləcək layihələrdən bir neçə yüz milyon dollar gəlir əldə edəcək.
“Rosboronexport” isə digərlərindən fərqli olaraq kiçik ölçülü silahların və hərbi vasitələrin satışı ilə bağlı 15 fərqli müqavilə imzalayıb. Bu müqaviələrin əsas hissəsi müxtəlif növ piyada döyüş vasitələrinin, atıcı silahların istehsalı ilə bağlıdır. Qeyd edək ki, şirkət bu layihələrdən ümumilikdə 300 milyon dollardan çox vəsait əldə edəcək.
Dəyanət Ağalarlı
Ordu.az