ABŞ-ın Sahil Mühafizəsinə “Super Hercules” təyyarələri çatdırılıb

2018/08/40119774_491767564625141_7534378166337404928_n_1535194443.jpg
Oxunub: 3152     20:40     25 Avqust 2018    
ABŞ-ın Sahil Mühafizə Xidməti yeni çoxməqsədli “Super Hercules” təyyarələrinin ilk dəstini əldə edib.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, təyyarələr SMX-nin “Kodiak” təyyarə stansiyasına endirilib.

Onlardan biri bu həftə ərzində stansiyadakı beş ədəd C-130H təyyarələrindən birini əvəzləyəcək. Geri qalan dördü isə növbəti ildən istifadəyə veriləcək.

Qeyd edək ki, ABŞ SMX özünün Alyaskadakı filotiliyasının istifadəsində olan köhnə təyyarələri əvəzləmək məqsədilə “Lockheed Martin”lə “Super Hercules” təyyarələrinin çatdırılmasına dair müqavilə imzalayıb.

SMX tərəfindən göstərilmiş konkret xüsusiyyətlər, məsələn dəniz axtarış radarı, infraqırmızı sensorlar, qabaqcıl rabitə sistemləri ilə təchiz edilmiş yeni təyyarələrin dəyəri 85 milyon dollardır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   SMX   Super-Hercules  


Bizi "telegram"da izləyin