Əfqanıstan TQ əhəmiyyətli bölgəyə nəzarəti bərpa edib

2018/08/40002162_694686310883405_8927964349444653056_n_1535194187.jpg
Oxunub: 4146     19:30     25 Avqust 2018    
Əfqanıstan təhlükəsizlik qüvvələri Fəryab vilayətinin şimalına nəzarəti yenidən bərpa edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan ordusunun xüsusi əməliyyatlar korpusunun sözçüsü polkovnik Əbdül Qəyyum Nuristani bildirib.

Onun sözlərinə görə, bölgənin azad edilməsi uğrunda Əfqanıstan Komando Qüvvələrinin rəhbərliyi altında birgə əməliyyat keçirilib.

Əməliyyat nəticəsində bölgənin azad edilməsi ilə yanaşı azı 30 terrorçunun məhv edildiyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin