Rusiyanın uzaq şərqindəki təlimdə 3 min hərbçi iştirak edib

2018/08/rus-esger_1535192709.jpg
Oxunub: 3813     18:23     25 Avqust 2018    
Rusiyanın uzaq şərq bölgəsində motoatıcı piyada briqadasının gecə təlimlərində 3 minə qədər hərbçi iştirak edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Xabarovsk yaxınlığındakı təlim poliqonunda baş tutan təlimlərdə Rusiyanın Mərkəz və Şərq Hərbi dairəsinin döyüş hazırlığı yoxlanıb.

Motorlaşdırılmış piyada bölüyü müxtəlif növ manevrlər həyata keçirib. Təlim zamanı T-72B3 tankları, BMP-2 zirehli vasitələri, “Qrad” sistemləri, “Qvozdika” haubitsaları, “Şilka” radarla idarəolunan təyyarə əleyhinə silah sistemi istifadə olunub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ŞHD   Təlim  


Bizi "telegram"da izləyin