Səudiyyə Ərəbistanı rəhbərliyində döyüşən Ərəb koalisiyası Yəməndə husilərin mövqelərinə raket zərbələri endirib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum Yəmənin Səda vilayətində baş verib.
Bu hücum nəticəsində azı 3 qiyamçının zərərsizləşdirildiyi bildirilir. Eyni zamanda koalisiya qüvvələri Baqim vilayətində də əməliyyat keçirərək qiyamçılara zərbələr endiriblər.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Koalisiya-qüvvələri
Husilər
Yəmən