Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində terrorçuların silah deposu və sığınacaqları dağıdılıb.
Eyni zamanda PKK-nın rəhbərlərinin olduğu bildirilən “Mam Zəki Şenqali” ləqəbli İsmail Özdən də əməliyyat zamanı zərərsizləşdirilib.
Hakkarinin Yüksəkova bölgəsində PKK terrorçularının hücumu nəticəsində həlak olan 11 aylıq Bədirxan Mustafa Qaraqayanın adı verilən əməliyyat barəsində məlumat verən rəsmi, bu və digər uğurlu əməliyyatlar nəticəsində ilin geridə qalan 8 ayı ərzində Türkiyənin cənub-şərqindəki terror hadisələrinin əhəmiyyətli dərəcədə azaldığını diqqətə çatdırıb.
Ağalar Ağalarlı
Ordu.az