Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, tam həcmli modernizasiya işləri 4 il çəkəcək.
Məsələ ilə bağlı açıqlama verən ABŞ donanma əməliyyatlarının rəhbəri admiral Con Riçardson bildirib ki, bu addım bölgədə Rusiya qüvvələrinin gücləndirilməsinə cavab məqsədilə atılacaq.
“Şimali Atlantik filotiliyası daxilindəki bütün gəmilər maksimum döyüş hazırlığına gətirilməsi üçün tam həcmli modernizasiya etdiriləcək. Bu dinamik və təhlükəsiz ətraf mühit üçün adekvat reaksiya olacaq”, - deyə o qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az