Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Xorvatiya sülhməramlıları Əfqanıstanda NATO-ya üzvlükdən daha öncə 2003-cü ildən etibarən fəaliyyət göstərirlər.
Məlumata əsasən, keçən dövr ərzində bir o qədər də aktiv müharibə əməliyyatlarında iştirak etməyən Xorvatiya hərbi qüvvələri geridə qalan 15 il ərzində hələlik heç bir itki verməyib.
Hazırda 120-ə qədər hərbçisi olan Xorvatiya bundan sonra da NATO-nun Əfqanıstan missiyasında iştirakını davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, hazırda Əfqanıstanda 39 müxtəlif ölkədən 16 minə qədər xarici hərbi qüvvə fəaliyyət göstərir.
Dəyanət Ağalarlı
Ordu.az