Ordu.az xəbər verir ki, bu barədə “Zvezda”nın yayımladığı hesabatda qeyd olunub.
Bildirilib ki, bununla bağlı olaraq artıq “United Shipbuilding” şirkəti ilə danışıqlara start verilib.
Məlumata əsasən, tərəflər arasında razılıq əldə ediləcəyi təqdirdə 2030-cu ilə kimi şirkət nüvə silahı ilə təchiz edilən aviadaşıyıcının və 4 ədəd yeni kreyserin istehsalını həyata keçirəcək.
Qeyd edək ki, Rusiyanın hazırda sahib olduğu yeganə aviadaşıyıcı “Admiral Kuznetsov” qeyri-nüvə təchizatlı döyüş gəmisidir.
Dəyanət Ağalarlı
Ordu.az