Ordu.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu layihələr içərisində ən geniş miqyaslı olanları Aralıq dəniz və Şimali Atlantik filotiliyalarının tam həcmli modernizasiyası, həmçinin Qara dənizə filotiliya göndərilməsi olub.
Məlumata əsasən, Rusiya ilə birbaşa qarşıdurmalar yaşanmasa da, ABŞ-ın donanma ilə bağlı atdığı bir sıra addımlar ikinci soyuq müharibə dövrünə qədəm qoyduğumuzu göstərir.
Belə ki, ABŞ son dövrlərdə Rusiyanın təsir zonasındakı 4 müxtəlif aviadaşıyıcısını, 20-ə qədər nəhəng ölçülü döyüş gəmisini modernizasiya etdirib. 2008-2018-ci illərdə bütün layihələr üçün ümumilikdə 200 milyard dollardan çox pul xərcləyən ABŞ bununla da Rusiyanı bu mübarizəyə təşviq etmək istəyir.
Qeyd edək ki, bu müddət ərzində Rusiyanın atdığı cavab həmlələrinin ümumi dəyəri 40 milyard dolları ötməyib.
Dəyanət Ağalarlı
Ordu.az