“Kongsberg” ikinci rübə aid nəticələri elan edib

2018/08/345345_1535184751.jpg
Oxunub: 1899     17:56     25 Avqust 2018    
Norveçin dövlət müdafiə və dəniz tədarükçüsü “Kongsberg” şirkəti cari ilin ikinci rübünə aid nəticələrini elan edib.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə hesabata görə, firmanın dövriyyəsi ötən ilki göstəricilərə nəzərən 5,6% azalıb.

Belə ki, “Kongsberg”in bu ilin aprel-iyun aylarındakı dövriyyəsi 420 milyon dollara bərabər olub və bu rəqəm 2017-ci ilin eyni dövründən 5,6% aşağıdır.

Kompaniyanın müdafiə və aerokosmos seqmentinin satışları da azalıb. Bu il 9,4% azalan bu satışlar təqribən 180 milyon dollar təşkil edib və kompaniyanın ümumi dövriyyəsinin 40%-nə bərabər olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Kongsberg  


Bizi "telegram"da izləyin