“Rosoboronexport” 15 yeni müqavilə imzalayıb

2018/08/1201440_1535184591.jpg
Oxunub: 4475     17:08     25 Avqust 2018    
Rusiyanın dövlət silah ixracatçısı “Rosoboronexport” “Army-2018” forumunda 15 müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Rosoboronexport”un mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hazırda Rusiyanın Kubinka bölgəsində davam edən hərbi-texniki forum ərzində xarici müştərilərlə 15 müqavilə imzalanıb və bu müqavilələrin ümumi dəyəri 300 milyon dollardır.

Müqavilədə satışı nəzərdə tutulan hərbi texnikalar arasında əsas yeri müasir quru texnikaları, PUA-lar, elektron müharibə sistemləri, yaxın döyüş və bir sıra digər ləvazimatlar tutur.

“Rosoboronexport”un icraçı direktoru Aleksandr Mixeyev bildirib ki, müqavilə imzalanan ölkələr Asiya və Afrika, eyni zamanda MDB-yə üzv dövlətlərdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rosoboronexport   Army-2018  


Bizi "telegram"da izləyin