Çin kosmosa ekiz naviqasiya peykləri göndərib

2018/08/thumbs_b_c_9682c9c03c952e645933547fb6d71734_1535183772.jpg
Oxunub: 3092     15:55     25 Avqust 2018    
Çinin “Beidou-3” (Şimal Ulduzu) seriyasına aid ekiz peyklər bu gün səhər saatlarında kosmosa göndərilib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, peyklər ölkənin Sıçuan vilayətindəki Şiçanq Peyk Göndərmə Mərkəzindən “Long March 3B” daşıyıcı raketi ilə orbitə göndərilib.

“Beidou-3” naviqasiya peyk seriyasının 35 və 36-cı peykləri olduqları bildirilən ekiz peyklər göndərilmədən təxminən 3 saat sonra orbitə girdiyi bildirilib.

Eyni zamanda bu göndərmə “Long March” raket seriyasının da artıq 283-cü missiyasıdır. Göndərilən peyklər orbitdə görüləcək bəzi sınaqlardan sonra istifadəyə veriləcək.

Qeyd edək ki, “Beidou Naviqasiya Peyk Sistemi” Çində 2000-ci ildə, Asiya-Sakit okean bölgəsində isə 2012-ci ildən etibarən xidmət verməyə başlayıb. Onun ABŞ-ın GPS, Avropa İttifaqının “Galileo”, Rusiyanın “Glonass” sisteminə rəqib olaraq dördüncü qlobal naviqasiya sistemi olmasına çalışılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Kosmos   Naviqasiya-peykləri  


Bizi "telegram"da izləyin