Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ HHQ-nin mətbuat xidməti yayıb.
Bildirilib ki, bazada təlim uçuşu həyata keçirən qırıcı quşun onun mühərrikinə daxil olması nəticəsində qəza enişi etməli olub.
Məlumata əsasən, kəskin eniş nəticəsində yararsız hala düşən təyyarədən uğurlu katapult edən pilot sağ şəkildə xilas olmağı bacarıb.
Qeyd edək ki, bu qəza bu həftə F-35 qırıcıları ilə baş verən 2-ci, ABŞ HHQ daxilində isə bu ana qədərki 4-cü belə haldır.
Dəyanət Ağalarlı
Ordu.az