ABŞ donanmasının növbəti 2 gəmisi modernizasiya ediləcək

2018/08/5345_1535183329.jpg
Oxunub: 2745     15:47     25 Avqust 2018    
Pentaqon “General Dynamics” və “BAE Systems”lə hər biri 147 milyon dollar olan 2 fərqli müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Pentaqon “Covpens” gəmisinin modernizasiyası üçün “General Dynamics”lə, NASSCO gəmisinin modernizasiyası üçün isə “BAE Systems”lə razılığa gəlib.

Məlumata əsasən birinci layihə San Dieqoda, ikincisi isə Norfolkda həyata keçiriləcək.

Qeyd edək ki, 2021-ci ilə kimi yekunlaşdırılması planlaşdırılan hər iki layihənin dəyəri 147 milyon dollardır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDD  


Bizi "telegram"da izləyin