Pentaqon gələcək müharibələr üçün yeni komandanlıq formalaşdırır

2018/08/54_1535182030.jpg
Oxunub: 2225     15:25     25 Avqust 2018    
ABŞ ordusu daxilində yüksək texnoloji təchizatlar üzərində işləməyi bacaran yeni “komandanlıq” formalaşdırılacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı layihənin həyata keçirildiyi Texas ştatının qubernatoru Qreq Abbot bildirib.

O qeyd edib ki, ordu daxilində yüksək texnoloji araşdırmaların aparılması və prototip istehsalın həyata keçirilməsi üçün xüsusi bölmə formalaşdırılacaq.

“Əslində bunu yeni bölmənin formalaşdırılması deyə qeyd etmək bir az uyğunsuz bir ifadədir. Biz ordu daxilində elmi araşdırmalar və onların ilkin tətbiqi ilə məşğul olan tədqiqatçıların xüsusi bir şöbə olaraq formalaşdırılmasını həyata keçirəcəyik. Bu ordudakı ixtisaslaşmanı daha da gücləndirəcək. İlkin olaraq 7 min 600 nəfərdən ibarət olacaq yeni komandanlıq Texasın Austin şəhərində yerləşdiriləcək”, - deyə o əlavə edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Yeni-komandanlıq  


Bizi "telegram"da izləyin