Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Zaslon”un Moskva filialının mütəxəssisi İqor Kalinkin bildirib.
Onun sözlərinə görə, raket bloku Rusiya Müdafiə Nazirliyi ilə imzalanmış saziş əsasında ərsəyə gətirilib. Kompaniya eyni zamanda yeni blok üçün yeni idarəəolunan partlayıcı raketini də təkmilləşdirir.
Kalinkin bildirib ki, hər bir blokda 10, 15 və 25 raket yerləşdirmək mümkündür. Həmçinin müxtəlif növ bloklar müxtəlif növ raketlərlə təchiz edilə bilər.
Kompaniya ən qısa zamanda sınaqların tamamlanması və onların Mi-28NM helikopterlərində istifadə məqsədilə orduya çatdırılmasına çalışır.
Ağalar Ağalarlı
Ordu.az