“Taliban” Qəzni ətrafında hücumlarını davam etdirir

2018/08/567567_1535179377.jpg
Oxunub: 3658     14:40     25 Avqust 2018    
Əfqanıstanın Qəzni şəhəri yaxınlığında “Taliban” qiyamçıları ilə hökumət qüvvələri arasında yenidən qarşıdurma baş verib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, qiyamçılar şəhərə bağlı üç kənddə hücumlar həyata keçiriblər.

Onlar hücum zamanı hökumət qüvvələri tərəfindən yenicə salınmış bir neçə nəzarət nöqtəsini dağıdıb, şəhərin bir hissəsinin enerji verilişinə əngəllər yaradıblar.

Vilayətin polis rəisi Fərid Məşəl hökumət qüvvələrinin qiyamçıların bu hücumlarını dayandırmaq üçün əks-hücumla cavab verdiklərini bildirib.

Xatırladaq ki, bu ayın ortalarında təxminən minə yaxın qiyamçı paytaxt Kabilin 150 kilometr cənub-qərbində yerləşən Qəzniyə hücum edərək, azı 150 hərbçi və 95 mülki şəxsin ölümünə səbəb olublar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Əfaqanıstan   Qəzni  


Bizi "telegram"da izləyin